Bank Of Baku

Nazir: “İpotekadan yararlanacaq gənclərin siyahısı genişləndirilməlidir”

Nazir: “İpotekadan yararlanacaq gənclərin siyahısı genişləndirilməlidir”
# 01 oktyabr 2012 10:15 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, hazırda Azərbaycanda ipoteka kreditləri daha çox elmlə məşğul olan, hərbi qulluqçu gənclərə verilir: “Bu siyahını daha da genişləndirmək lazımdır ki, mümkün qədər çox gənc ailələr bu kreditlərdən yararlana bilsinlər”.

Ali məktəblərdə gənclərin hərbi hazırlığı üzrə dərslərin tədris olunması barədə verilən suala cavabında A. Rəhimov nazirliyə bununla bağlı hər hansı təklif daxil olmadığını deyib: “Təklif daxil olsa, layihə hazırlayıb, müvafiq qurumlara təqdim edə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR