Bank Of Baku

Azərbaycanın gənc bioloq və həkimlərinin Almaniyaya tanışlıq səfəri başlayıb

Azərbaycanın gənc bioloq və həkimlərinin Almaniyaya tanışlıq səfəri başlayıb
# 01 oktyabr 2012 13:00 (UTC +04:00)
Bakı-APA. Bu gün Almaniyanın Mannheim şəhərində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Almaniya Akademik Mübadilə Xidmətinin təşkil etdiyi (DAAD) gənc bioloqlar və həkimlər üçün “Biotexnologiya ilə ilk təmas” tanışlıq səfəri başlayıb. Azərbaycan Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadənin APA-ya verdiyi məlumata görə, səfər Mannheim Tibb Fakültəsi, Mannheim Tətbiqi Elmlər Universiteti, Bakı Dövlət Universiteti və Həkimlər və Təbib Tələbələr Birliyinin əməkdaşlığı ilə hazırlanıb. 6 oktyabr tarixinə kimi davam edəcək səfərin məqsədi azərbaycanlı gənclər arasında biotexnologiya elminin təbliği və onların dünyanın inkişaf etmiş ölkələrində ixtisaslaşma imkanları qazanmalarına dəstək verməkdir. Tanışlıq səfəri müddətində iştirakçılar Mannheim Tətbiqi Elmlər İnstitutu (www.hs-mannheim.de), Nano Elm və Texnologiya İnstitutu (http://www.nsti.org), Alman Elmi Tədqiat Xərçəng Mərkəzində (www.dkfz.de) yerləşən müasir laboratoriyalarla tanış olacaq, tanınmış mütəxəssislərin mühazirələrini dinləyəcəklər. Səfər dövründə iştirakçılara Prof. Werner, Prof. Kioschis, Prof. Frech, Prof. Wiedemann, Prof. Hafner, Prof. Mack tərəfindən biotexnologiyanın müasir problemlərinə həsr olunmuş mühazirələr veriləcək. Bundan əlavə Bakı Dövlət Universitetinin professorları Prof. R.Həsənov və Prof. X.Qənbərov ilə gələcək universitetlərarası əməkdaşlıq müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR