Azərbaycan Təhsil Nazirliyi: Siniflərdə ideal şagird sıxlığı 20 nəfərdir
Onun sözlərinə görə, orta məktəblərdə sıxlıq Bakının mərkəzindən çox, Bakı ətrafında daha artıq özünü göstərir: “Bakıda 326 məktəb BŞTİ-nin tabeliyindədir. Onlardan yalnız 50 faizində bir növbəli sistemdir. Qalan 50 faizi isə iki və daha çox növbəlidir. Bu o deməkdir ki, həmin məktəblərdə sinifləri yerləşdirmək üçün yer yoxdur. Bu il I sinfə gedən şagirdlərin sayında da rekord artım müşahidə olundu, bu say 36 min nəfəri keçib. Ona görə də bu il paytaxtın I siniflərində də çox ciddi sıxlıq var”.
Z. Əliqızı bildirib ki, adətən nüfuzlu və keyfiyyətli dərs verən məktəblərə güclü axın olur: “Valideynin övladını istədiyi təhsil müəssisəsində oxutdurmaq hüququ var. Bəzən valideynə hansısa müəllimin sinfində artıq 40 uşaq olduğunu izah eləmək olmur. Hamı uşağının o müəllimin sinfində oxumasını istəyir. Bu səbəbdən nüfuzlu məktəblərimizdə hər sinifdə 40-45 uşaq oturur. Müəllim peşəkardırsa, bu, təhsilin keyfiyyətinə təsir etmir. Çünki indi kurrikulum, interaktiv təlim metodları tətbiq edilir”.
Sektor müdirinin sözlərinə görə, problemin qarşısını almaq üçün məktəb tikintisini sürətləndirmək lazımdır: “Xüsusilə Bakı ətrafı ərazilərdə yeni məktəblərə daha çox ehtiyac var. Son illər Bakı ətrafı qəsəbələrə regionlardan çox güclü axın olub. Əvvəllər yeni qəsəbələr salınanda, infrastruktur da salınırdı. İndi isə qəsəbələr salınsa da, həmin ərazilərdə yeni məktəblər tikilmir. Buna görə də Bakı ətrafında məktəblərə daha ciddi tələbat yaranıb. Bakının mərkəzində isə yer olmadığından məktəblər üçün əlavə korpuslar tikmək problemi yaranıb. Bu təhsil ili öncəsi Bakıda 7 məktəb binası istifadəyə verilib. Amma bu, tələbatı tam ödəmir. Bakıda tələbatı tam ödəmək üçün ən azı 150 məktəb tikilməlidir”.
Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov isə APA-ya deyib ki, mövcud qanunvericiliyə əsasən, sinif 20 nəfərdən ibarət olduqda komplektləşdirilir. Amma ucqar rayon yerlərində uşağın sayı az olsa da, sinif komplektləşdirilə bilər. Siniflərdə maksimum şagird sayının nə qədər olmasına gəlincə, A. Əhmədov deyib ki, bu, sinif otağının normativindən asılıdır: “Əgər sinifdə 32 uşaq varsa, onu iki hissəyə bölmək olmaz. Elə siniflər var ki, onun sahəsi normativə cavab vermir, yəni bir sinfə o qədər uşaq yerləşdirmək olmaz. Bu zaman sanitar-epidemioloji stansiyanın rəyi nəzərə alınır. Adətən siniflərdə sıxlıq əlacsızlıqdan yaranır. Amma bu, kütləvi hal almayıb. Siniflərdə ideal şagird sıxlığı 20 nəfərdir”.
Sosial
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
SN Bakıda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib, valideynlərə çağırış edib
Xəbər Lenti
Çexiya Ukrayna üçün PURL proqramına 6,5 milyon dollar ianə edib
Ukrayna ordusu ötən gecə Rusiyanın iri neft obyektlərini və 18 gəmisini vurduğunu açıqlayıb
FHN dənizdə batan qızın axtarışına helikopter cəlb edib - VİDEO
Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
İran ABŞ-la danışıqların gələn həftə keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib
FHN-in xilasediciləri Balakəndə fərdi yaşayış evində köməksiz vəziyyətdə qalan vətəndaşları xilas edib
Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub- FOTO
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib - FOTO
Polşada polis əməkdaşlarına silahlı hücum olub
Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Ermənistanda hərbçinin meyiti çaydan tapılıb
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib
Xocalı və Ağdərədə 34 ildən sonra taxıl biçini aparılır - FOTO
BMT dövlətləri İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını tanımamağa çağırıb
CNN: Qətərli vasitəçilər İran-ABŞ gərginliyini azaltmaq üçün Tehrana gedib
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Yasamalda evdə partlayışda xəsarət alanlardan daha ikisi ölüb
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib
İqtisadi Şurada turizmə dair Dövlət Proqramı və dağ-mədən sənayesiylə bağlı müzakirə aparılıb
Bəzi yerlərdə leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Yanğın 40 dəqiqə çəkir, kredit isə 5 il
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib
ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Bakıda Eqmont Qrupunun 32-ci plenar iclası keçirilib
Bu il kirayə mexanizmi ilə satılan mənzillərin sayı məlum olub
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib - YENİLƏNİB - FOTO
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Göygöldə 86 yaşlı qadının meyiti tapılıb
Tbilisidə terrorizmdə ittiham olunan müxalif siyasətçiyə 13 il həbs cəzası verilib
Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edilib - VİDEO
Sahibə Qafarova Pİ-nin yüksək səviyyəli dialoqunda çıxış edib
Gələn həftə Parisdə “İstəklilər Koalisiyası”nın toplantısı keçiriləcək
Maliyyə Nazirliyi depozit hərraclarını yenidən bərpa edib
"City Garden Narimanov"da premium mənzillər 36 ayadək faizsiz kredit və 20 ilədək ipoteka imkanı ilə - "Kristal!"
Latviya Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gəlib
DÇ-26: İspaniya millisi Belçika ilə üz-üzə gələcək