Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində hava nisbətən soyuyacaq

Sabahdan Azərbaycan ərazisində hava nisbətən soyuyacaq
# 03 oktyabr 2012 09:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Oktyabrın 4-də Azərbaycanın bölgələrində bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Ayın 5-də də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, havanın temperaturu gündüz Aran rayonlarında 25-30, dağlıq rayonlarda 19-24 dərəcə təşkil edəcək.

A. Verdiyev bildirib ki, Bakı və Abşeron yarımadasında oktyabrın 4 və 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz saatlarında 22-28 dərəcə isti olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR