Bank Of Baku

Azərbaycanda AMEA sistemi üzrə doktoranturaya sənəd verənlərin sayı açıqlanıb

Azərbaycanda AMEA sistemi üzrə doktoranturaya sənəd verənlərin sayı açıqlanıb
# 03 oktyabr 2012 10:14 (UTC +04:00)
AMEA-nın I vitse-prezidenti Arif Həşimov APA-ya açıqlamasında deyib ki, ilkin məlumatlara görə, AMEA sistemi üzrə doktoranturaya 350-dən çox iş verilib: “Sənəd verənlərin təxminən yarısı əyani təhsil formasını seçib. Sənəd verənlərin arasında 3 xarici vətəndaş da var. Doktoranturaya sənəd verən əcnəbilər İran, Türkiyə və Qırğızıstan vətəndaşlarıdır”.

A. Həşimovun sözlərinə görə, doktoranturaya sənəd verənlərin yekun sayı bir neçə gündən sonra açıqlanacaq: “Himanitar sahə, iqtisadiyyat və hüquq ixtisasları üzrə sənəd verənlərin sayı daha çoxdur”.

Qeyd edək ki, bu il Azərbaycan Nazirlər Kabinetinin (NK) qərarına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə AMEA-ya 288, digər elmi təşkilatlara 189 plan yeri verilib. A. Həşimov bildirib ki, AMEAsisteminə daxil olmayan elmi təşkilatlarda doktoranturaya sənəd verənlərin statistikası AMEA tərəfindən aparılmır: “Əgər həmin təşkilatlar müraciət edərləsə, fəlsəfə və xarici dildən doktoranturaya qəbul imtahanları AMEA tərəfindən keçirilə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR