Bank Of Baku

Bakıda analığın mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə milli seminar keçirilib

Bakıda analığın mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə milli seminar keçirilib
# 03 oktyabr 2012 10:39 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Beynəlxalq Əmək Təşkilatının (BƏT) Analığın mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə Üçtərəfli Milli Seminarı keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, seminarda ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev, Finlandiya Respublikasının ölkəmizdəki səfiri Yuhani Toyvonen, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev, aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, finladiyalı donorlar iştirak edib.

Seminarda qeyd olunub ki, Azərbaycan 2010-cu ildə BƏT-in Analığın mühafizəsi ilə bağlı 183 nömrəli Konvensiyasını ratifikasiya edib. Bununla bağlı olaraq BƏT analığın mühafizəsi sistemlərinin təkmilləşdirilməsində milli təşəbbüslərə yardım məqsədilə MDB regionunda, o cümlədən Azərbaycanda analığın mühafizəsinin təşviqini texniki dəstəklə təmin edib. Bu istiqamətdə tədbirlər Finlandiya tərəfindən maliyyələşdirilən texniki əməkdaşlıq layihəsi çərçivəsində həyata keçirilir.

Seminarda Azərbaycanda beynəlxalq əmək standartları və analığın mühafizəsi üzrə milli təcrübə, kişi və qadınların sosial ehtiyaclarının ödənilməsi, əmək bazarında kişi və qadınların bərabər iştirakının tənzimlənməsi sahəsində mövcud vəziyyət təhlil olunub. Tədbirdə BƏT-in 183 nömrəli Konvensiyasına uyğun olaraq müəyyənləşdirilmiş beynəlxalq əmək standartlarına müvafiq şəkildə analığın mühafizəsi sisteminin yaxşılaşdırılması yolları, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR