Bank Of Baku

Azərbaycanda seysmoloji xidmətin 110 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda seysmoloji xidmətin 110 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 05 oktyabr 2012 07:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Oktyabrın 8-12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) birgə təşkilatçılığı ilə Azərbaycanda seysmoloji xidmətin 110 illiyinə həsr olunmuş “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfrans keçiriləcək.

RSXM-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, üç gün davam edəcək müzakirələr zamanı ayrı-ayrı ölkələrdən olan seysmoloq alimlər öz məruzələrini təqdim edəcəklər. Həmçinin konfrans iştirakçılarının Şamaxı rayonuna da səfəri nəzərdə tutulur.

Bu il Azərbaycanda seysmoloji xidmətin yaranmasının 110 ili tamam olur. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Nobel qardaşlarının təşəbbüsü ilə Bakıda və Şamaxıda ilkin seysmik stansiyalar qurulub, bununla da Azərbaycan ərazisində instrumental seysmoloji müşahidələrə başlanılıb. Bir əsrdən çox yaşı olan Azərbaycan seysmoloji xidmətinin bu gün MDB məkanında ən müasir telemetrik seysmik stansiyaları var və mərkəz əldə etdiyi kompleks nəticələrinə görə bütün birlik ölkələrindən öndə gedir. Mərkəz 20-dən artıq xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir, dörd mühüm beynəlxalq seysmoloji təşkilatın – Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutu (İRİS), ABŞ, Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi (ORFEUS), Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) və Avropa Seysmoloji Komissiyasının (ESC) üzvüdür.

Konfransda dünyanın 20-dən artıq ölkəsindən 50-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR