Bank Of Baku

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edilib

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edilib
# 05 oktyabr 2012 08:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edilib.

Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə 9 dövlət orqanından 40 vakant vəzifə üzrə 53 vakant yer, ümumi müsahibəyə isə 2 dövlət orqanından 6 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək üçün vətəndaşlar sənədlərini oktyabrın 5-dən noyabrın 5-i saat 18.00-dək, ümumi müsahibədə iştirak etmək üçün isə oktyabrın 5-dən 24-dək Komissiyaya təqdim etməlidirlər.

Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Bakı şəhər Sabunçu Rayon Məhkəməsi, Səbail Rayon Məhkəməsi və Oğuz Rayon Məhkəməsindəki boş yerlər üzrə keçiriləcək. Ümumi müsahibəyə isə Dövlət Statistika Komitəsi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininin vakant vəzifələri çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR