Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi satışda olan hisə verilmiş balıqları yoxlayacaq

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi satışda olan hisə verilmiş balıqları yoxlayacaq
# 05 oktyabr 2012 12:19 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda hisə verilmiş balıqları yoxlayacaq. RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayevin APA-ya verdiyi məlumata görə, müayinələr üçün istehsalat sahələrində və ticarət mərkəzlərində satılan hisə verilmiş balıqlardan nümunələr götürüləcək. İ.Abdullayev deyib ki, götürülmüş nümunələrin mikrobioloji göstəriciləri yoxlanılacaq.

İ.Abdullayev duz, qazlı su, spirtsiz içkilərlə bağlı aparılan monitorinqlərin nəticələrini də açıqlayıb. Onun sözlərinə görə, həmin məhsullardan götürülən nümunələrin müayinələri zamanı normadan kənara çıxma halları qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR