Bank Of Baku

Bakıda “İqtisadi inkişaf modellərinin humanitar aspektləri” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “İqtisadi inkişaf modellərinin humanitar aspektləri” mövzusunda dəyirmi masa keçirilib
# 05 oktyabr 2012 14:03 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. II Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İqtisadi inkişaf modellərinin humanitar aspektləri” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbirə Azərbaycan Dövlət iqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, iqtisadiyyat sahəsində ABŞ-ın Nobel mükafatı laureatı professor Kennes C.Arrou və Varvik (Böyük Britaniya) Universitetinin professoru, Qlobal Tədqiqatlar İnstitutunun direktoru lord Robert Skidelski sədrlik edib.

İclası açıq elan edən Ş.Hacıyev qonaqları salamlayaraq, cəmiyyətin humanitar inkişafının vacibliyini vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsi və 1 mln-dan çox məcburi köçkünlər kimi problemləri olmasına baxmayaraq, ciddi iqtisadi uğurlara imza atdığını söyləyib.

Dəyirmi masa çərçivəsində “Qlobal iqtisadi artımım sosial və humanitar aspektləri: strateji problemlər”, “Davamlı iqtisadi inkişafın strateji məsələləri” və “İqtisadi modernizasiyada insan kapitalının rolu” mövzularında seminarlar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR