Qubada Alma bayramı keçirilir - FOTO
06 oktyabr 2012 10:50 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Bu gün Quba rayonunda Alma bayramı keçirilir. APA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbirə milli məclisin üzvləri, müxtəlif nazirliklərin və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, qonşu rayonların İcra hakimiyyətlərinin başçıları və rayon ictimaiyyəti qatılıb.
Öncə tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Quba meydanına yürüş təşkil olunub. Alma bayramı çərçivəsində rayon sakinləri olan aztəminatlı iki gəncin nikah mərasimi keçirilib.
Günün ikinci yarısı həmin gənclər üçün toy mərasimi təşkil olunacaq.
Bayramda ən böyük alma seçiləcək. Tədbir bayram konserti ilə davam etdiriləcək.
Qeyd edək ki, Alma bayramı Qubada ilk dəfədir ki keçirilir.

Sosial
Türkiyənin əmək və sosial müdafiə naziri 1 saylı DOST Mərkəzində olub
19:09
30 may 2024
Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirilib
18:45
30 may 2024
Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri Azərbaycana gəlib, memorandum imzalanıb
16:54
30 may 2024
Beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Ağalı kəndində olublar - FOTO
16:11
30 may 2024