Bank Of Baku

Bakıda “Onkoloji və hemotoloji problemlərə müasir baxış” adlı simpozium keçirilib

Bakıda “Onkoloji və hemotoloji problemlərə müasir baxış” adlı simpozium keçirilib
# 06 oktyabr 2012 11:32 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. BU gün Bakıda “Onkoloji və hemotoloji problemlərə müasir baxış” adlı simpozium keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan və Türkiyədən tanınmış onkoloqları iştirak ediblər. Azərbaycan Mili Onkologiya Mərkəzinin (MOM) direktor müavini Fuad Quliyev bildirib ki, simpoziumun keçirilməsində məqsəd iki ölkənin onkoloqları arasında əlaqələrin inkişaf etdirilməsidir. Onun sözlərinə görə, türkiyəli qonaqlar MOM-nə baxış keçirib və onun fəaliyyəti ilə tanış olublar. MOM-nin son illər Avropanın bir çox xəstəxanası ilə əməkdaşlıq protokolları imzaladığını deyən F. Quliyev bu yöndə digər ölkələrin xəstəxanaları ilə də iş aparıldığını qeyd edib.

Simpoziumda süd vəzisi xərçənginin diaqnostikasında növbətçi limfa düyünü biopsiyası, mədə xərçənginin cərrahi müalicəsinin strateji aspektləri və digər mövzularda mühazirələr oxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR