Bank Of Baku

Gürcüstan paytaxtında “Tiflis günü” bayramı keçirilir - FOTO

Gürcüstan paytaxtında “Tiflis günü” bayramı keçirilir - <font color=red>FOTO</font>
# 06 oktyabr 2012 15:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında “Tbilisoba” (“Tiflis günü”) bayramı keçirilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bayram tədbirləri sabah da davam edəcək. Dünəndən başlanan bayramın bugünkü proqramında Tiflis Şəhər Meri Qiqi Uqulava iştirak edib. Bu gün ilk bayram tədbiri şəhərin Meydan məhəlləsində qurulan süni çənin içinə doldurulmuş çaxır üçün yararlı olan üzümün əzilməsi ilə başlayıb. Tədbirdə Qiqi Uqulava və bir neçə rəsmi şəxslə birlikdə, şəhər sakinləri də üzümü əzərək çaxır düzəldilməsində iştirak edirlər.
“Kutaisi, “Erisoni”, “Rustavi” mahnı və rəqs ansamblları Metexi qalasının ətrafına toplaşan şəhər sakinlərinə mahnı və rəqslər nümayiş etdiriblər. Bu gün Metexi körpüsünün üstündə müasir və qədim avtomobillərin avtoşousu da təşkil edilib. “Tbilisoba” bayramında ənənəvi olaraq meyvə, çay və gül-çiçək festival da keçiriləcək. Bayramda gənc şairlərin yaradıcılıq gecəsi, qədim gürcü ənənələrinə uyğun idman yarışları da baş tutacaq.
Sabah paytaxtda regionlardan gətirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkası da olacaq. Sonra “Qala” adlı ədəbi müsabiqə olacaq və Tiflis şəhərinin “Fəxri vətəndaşı” titulu veriləcək. Tiflis Şəhər Meri Qiqi Uqulava jurnalistlərə açıqlamasında “Tbilisoba” bayramının ənənəvi olaraq 34-cü dəfə keçirildiyini bildirib. Onun sözlərinə görə, bayram “Qala-konsert”lə Avropa meydanında başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR