Bank Of Baku

ADU ilə Koreyanın Hankuk Xarici Dillər Universiteti arasında müqavilə imzalanıb - FOTO

ADU ilə Koreyanın Hankuk Xarici Dillər Universiteti arasında müqavilə imzalanıb - <font color=red>FOTO</font>
# 08 oktyabr 2012 10:29 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov Koreya Respublikasının Hankuk Xarici Dillər Universitetinin rektoru Çul Parkı qəbul edib.

ADU mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Səməd Seyidov iki ölkə, həmçinin ADU arasındakı münasibətlərin tarixi köklərə malik olduğunun bildirib. O, Koreyanın ölkəmizdəki səfirliyi ilə qarşılıqlı əməkdaşlıq edildiyini və birgə tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Koreya ilə əlaqələrə xüsusi əhəmiyyət verildiyini deyən S.Seyidov ADU-da 40-dək tələbənin Koreya dili ixtisasında təhsil aldığını qonağın nəzərinə çatdırıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağında 14 əcnəbi dilin, o cümlədən yəhudi, ərəb, yapon, Çin, malay dillərinin də tədris olunduğunu qeyd edib. Koreya universitetləri ilə ADU-nun əlaqələrinə toxunan S.Seyidov Hankuk Univeristeti ilə əməkdaşlığa maraqlı olduğunu deyib. Rektor bu baxımdan bu gün imzalanacaq əməkdaşlıq müqaviləsinin əhəmiyyətini vurğulayıb. Bu müqavilənin universitetlərarası əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsini, ikitərəfli birgə simpozium, kitabxana sahələri və digər yardımçı xidmətlər və kadr mübadiləsi üzrə əməkdaşlıq, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur. İmzalanma mərasimindən sonra çıxış edən rektorlar Səməd Seyidov və Çul Park müqavilənin işlək olacağına, yaxın vaxtlarda səmərə verəcəyinə inandıqlarını qeyd ediblər.

Qeyd edək ki, bu tədris ilində Cənubi Koreyadan iki tələbə ADU-da təhsil alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR