Bank Of Baku

Azərbaycan ərazisində tarixən baş verən ən güclü zəlzələlərin episentr xəritəsi hazırlanıb

Azərbaycan ərazisində tarixən baş verən ən güclü zəlzələlərin episentr xəritəsi hazırlanıb
# 08 oktyabr 2012 12:13 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Azərbaycanda seysmoloji xidmətin 110 illiyinə həsr olunmuş ““Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V beynəlxalq konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan ərazisi seysmik cəhətdən aktiv olduğundan burda tarixən güclü zəlzələlər baş verib. Mərkəz direktoru deyib ki, 427-ci ildən 2012-ci ilin yarısına qədər Azərbaycan ərazisində baş verən ən güclü zəlzələlərin qeydiyyatı aparılıb: “Azərbaycanda seysmogen zonalar həmişə aktiv olub. Şamaxı və İsmayıllı çox aktiv seysmik zona olduğundan tarixən burda Rixter cədvəli ilə maqnitudası 5 baldan yuxarı zəlzələlər baş verib. Bu bölgədə ən axırıncı güclü zəlzələ 1902-ci il yanvarın 31-də baş verib, məhz həmin tarixdən də Azərbaycanda seysmik müşahidələr aparılmağa başlayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR