Bank Of Baku

Dövlət Baytarlıq Xidməti Qurban bayramı ilə bağlı heyvan satışı və kəsimi məntəqələrində müayinələr aparacaq

Dövlət Baytarlıq Xidməti Qurban bayramı ilə bağlı heyvan satışı və kəsimi məntəqələrində müayinələr aparacaq
# 08 oktyabr 2012 14:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə bağlı respublikanın rayonlarında və Bakı şəhərində heyvan gətirilməsi və satışı ilə əlaqədar araşdırmalar aparacaq. Bu barədə APA-ya DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, Qurban bayramı ilə bağlı baytarlıq mütəxəssisləri heyvan satışı və kəsimi məntəqələrində müayinələr aparacaqlar, baytarlıq-sanitariya tələblərinə əməl olunması qaydalarını yoxlayacaqlar: “Heyvan satışı məntəqələri müəyyənləşəndən sonra baytar həkimləri o yerlərə təhkim olunacaqlar. Həmin ərazilərə baytarlıq xidmətinin nəzarəti həyata keçiriləcək. Əhali əmin olmalıdır ki, aldığı heyvan sağlam, ət keyfiyyətlidir”.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 25-26-da qeyd ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR