Bank Of Baku

Azərbaycanda etibarsız sənədlərlə yaşayan 129 əcnəbi aşkarlanaraq barələrində tədbir görülüb

Azərbaycanda etibarsız sənədlərlə yaşayan 129 əcnəbi aşkarlanaraq barələrində tədbir görülüb
# 08 oktyabr 2012 16:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Oktyabrın 1-dən 6-dək Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Bakı şəhərində, həmçinin Abşeron və Siyəzən rayonlarında qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib. Bu barədə APA-ya DMX-dən məlumat verilib.

Keçirilən tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 129 əcnəbi aşkar edilərək barələrində müvafiq qərarlar qəbul edilib. Tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR