Bank Of Baku

Azərbaycanlı professor Türkiyənin Okan Universitetinin mükafatına layiq görülüb

Azərbaycanlı professor Türkiyənin Okan Universitetinin mükafatına layiq görülüb
# 09 oktyabr 2012 08:06 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Okan Universitetinin təsis etdiyi və hər il verməyi planlaşdırdığı elm və sənət mükafatlarının ilk sahibləri bəlli olub. APA-nın xəbərinə görə, “2012 elm mükafatı”na universitetin azərbaycanlı professoru Vəli Şahmurov, “2012 sənət mükafatı”na isə professor Hüsaməddin Koçan layiq görülüb. Universitetin 2012-2013 akademik ilinin açılış mərasimində mükafatlar sahiblərinə təqdim edilib.

1951-ci il təvəllüdlü V. Şahmurov 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. 1978-1990-cı illərdə Bakı Dövlət Universitetində, 1991-1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində çalışıb. 1997-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsinin müəllimi olan V. Şahmurov 2007-ci ildən etibarən Okan Universitetində çalışır. 100-dən çox elmi monoqrafiyanın və 10 elmi layihənin rəhbəri olan azərbaycanlı professorun 4 kitabı var. O, ABŞ-da nəşr olunan “Boundary Value Problems” dərgisinin redaktorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR