Xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçilərinin sənədlərini təsdiqlətmələri üçün sənəd qəbulu aparılır
09 oktyabr 2012 09:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçilərinin sənədlərini təsdiqlətmələri üçün sənəd qəbulu aparılır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçiləri Azərbaycanda tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün nazirliyin müvafiq komissiyasında sənədlərini təsdiq etməlidirlər. Müvafiq sənədlərin qəbulu internet vasitəsi ilə də həyata keçirilir. Bununla bağlı tibb işçiləri nazirliyin rəsmi internet saytı vasitəsilə (e-sehiyye.gov.az/xaricde_tehsil) müraciət edə bilərlər. Tibb işçiləri Səhiyyə Nazirliyinin internet saytındakı “Vakant iş yerlərinə müsabiqə elanları” bölməsinə daxil olaraq daha ətraflı məlumat əldə edə bilərlər.
Sosial
MDSS üzrə 53,6 milyon manat vəsait ödənilib
10:10
29 may 2024
Bu gün qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat başa çatır
10:00
29 may 2024
Xocalıya növbəti köç karvanı yola salınıb - FOTO
05:41
29 may 2024
Bakıda “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçiriləcək
20:15
28 may 2024