Bank Of Baku

Azərbaycanda hüquq müdafiəçisinin apellyasiya şikayəti təmin olunmayıb

Azərbaycanda hüquq müdafiəçisinin apellyasiya şikayəti təmin olunmayıb
# 09 oktyabr 2012 14:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Şirvan Apellyasiya Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi və bloqger Taleh Xasməmmədovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Göyçay və Ucar rayonlarında hüquq müdafiəçisi kimi fəaliyyət göstərən T. Xasməmmədov 2011-ci il noyabrın 12-də həbs olunub. O polisin otağında xuliqanlıq etməkdə günahlandırılır və barəsində Cinayət Məcəlləsinin 221.2, 221.3 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Daha sonra isə ona qarşı 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi üzrə ittiham irəli sürülüb.

Kürdəmir rayon Məhkəməsinin hökmü ilə T. Xasməmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR