Bank Of Baku

PA-nın sektor müdiri: “Yalnız maaşı qaldırmaqla dövlət qulluqçusunun səmərəli işləməsini təmin etmək olmaz”

PA-nın sektor müdiri: “Yalnız maaşı qaldırmaqla dövlət qulluqçusunun səmərəli işləməsini təmin etmək olmaz”
# 10 oktyabr 2012 08:16 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının kadr məsələləri şöbəsinin kadr siyasəti sektorunun müdiri Vasif Xələfov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hələlik sistemi yaratmadan ikinci mərhələyə keçmək mümkün deyil: “Təcrübə göstərir ki, yalnız maaşı qaldırmaqla dövlət qulluqçusunun səmərəli işləməsini təmin etmək olmaz. Burada bir sıra başqa amillər də var. Ona görə də ilk növbədə obyektiv qiymətləndirmə sistemi yaradılmalıdır. Maaşın qaldırılması və ya hansısa əlavələrin edilməsi sonrakı mərhələnin işidir. Hazırda maşların artırılması ilə bağlı qanunvericilik baxımından bütün məsələlər həll olunub. Yalnız düzgün qiymətləndirilmə sisteminin yaradılması üzərində iş aparılır”.

V. Xələfov deyib ki, bu məsələdə bir çox ölkələrin təcrübəsindən istifadə edilir: “Portuqaliya və Vyetnamda oxşar sistemlər var. Sadəcə, həmin ölkələrin təcrübəsindən istifadə edərkən onların Azərbaycan ənənələrinə, qanunlarına uyğunluğu əsas götürülür”.

Qiymətləndirmə zamanı hansı meyarların əsas tutulacağına gəlincə, V. Xələfov bildirib ki, “Dövlət qulluğu” haqında qanunda müəyyən meyarlar var ki, ilk növbədə onlar nəzərə alınacaq. Digər tərəfdən dövlət qulluqçularını qiymətləndirmək üçün müəyyən tapşırıqlar veriləcək. Bu tapşırıqlar qısamüddətli olmayacaq. Onların yerinə yetirilməsi nəticəsində də dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək. Yeni sistemə keçmədən öncə buna hər kəs – dövlət qulluqçuları və müəssisə rəhbərləri hazır olmalıdır. Bu gün yeni qiymətləndirmə sisteminin tətbiq edilməsində ən böyük problem də bundadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR