Bank Of Baku

Təhsil Nazirliyi məktəblərdə dərslik çatışmazlığı problemini araşdırır

Təhsil Nazirliyi məktəblərdə dərslik çatışmazlığı problemini araşdırır
# 10 oktyabr 2012 12:40 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyi məktəblərdə dərslik çatışmazlığına səbəb olan problemləri araşdırır. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib.

Onun sözlərinə görə, məktəblərdə dərsliklərin paylanmasına nəzarət tədbiri həyata keçirilir: “Dərsliklərin alınması ilə bağlı məktəblər tərəfindən nazirliyə verilən saylarla alınan kitabların sayı tutuşdurulur. İstəyirik, öyrənək görək məktəb nə qədər kitab alıb və nə qədər paylayıb. Əgər alınan kitab məktəbdə yoxdursa, onda biz deyə bilərik ki, kitablar həmin məktəbdən harasa gedib. Məktəbdən bazara kitab getməsi inandırıcı fakt deyil, çünki dərsliklər şagirdlərin sayına görə verilir. Mən artıq paytaxtdakı üç məktəbdə olmuşam və belə hallar aşkarlanmayıb”.

F.Şahbazlı bəzi məktəblərdə şagirdlərin sayının çox göstərilərək artıq dərsliklərin alınmasını faktını istisna etməyib: “4 il əvvəl Azərbaycanın kənd məktəblərinin birində üzərində möhürü olan dərsliklərin bazarda satılması halı aşkarlanmışdı. Bu nadir fakt idi və həmin məktəbin direktoru vəzifəsindən azad edilmişdi. Belə halların qarşısının alınması üçün vaxtaşırı olaraq bütün məktəblərdə araşdırmalar aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR