Bank Of Baku

AMEA fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd verənlərin yekun sayını açıqlayıb

AMEA fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd verənlərin yekun sayını açıqlayıb
# 10 oktyabr 2012 15:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2012-2013-cü tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd verənlərin yekun sayını açıqlayıb. Akademiyanın Rəyasət Heyətinin elmi katibi Vaqif Fərzəliyevin APA-ya verdiyi məlumata görə, fəlsəfə doktoru proqramı üzrə doktoranturanın 288 plan yerinə 354 nəfər sənəd verib. Onlardan 158 əyani plan yerinə 170, 130 qiyabi plan yerinə 184 nəfər sənəd verib. Sənəd verənlərin 5 nəfəri xarici ölkə vətəndaşıdır. Bu il doktoranturaya sənəd verənlərin 1-i Türkiyə, 2-si İran, 1-i Liviya, 1-i Qırğızıstan vətəndaşıdır.

Elmlər doktoru proqramı üzrə doktoranturaya ayrılan plan yerlərinin sayı 110 yerdir. Bu yerlərə il boyu qəbul aparılacaq.

V. Fərzəliyev bildirib ki, bu il dissertantura üzrə ayrılan plan yerlərinin sayı 416-dır. Onlardan 279 yer fəlsəfə doktoru, 137 yer isə elmlər doktoru proqramı üzrə ayrılıb. Dissertanturaya qəbul il boyu aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR