Bank Of Baku

Dövlət Miqrasiya Xidmətinin rəisi İtaliya nümayəndə heyəti ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi İtaliya nümayəndə heyəti ilə görüşüb
# 10 oktyabr 2012 16:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev İtaliya Daxili İşlər Nazirliyinin Miqrasiya və Sərhəd Mühafizə İdarəsinin nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya DMX-dən məlumat verilib.

DMX-nin yaranma tarixi, strukturu, fəaliyyət istiqamətləri barədə məlumat verən F. Nəbiyev miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara uyğun təkmilləşdirilməsindən, ölkə ərazisində qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb.

İtaliya Daxili İşlər Nazirliyinin Miqrasiya və Sərhəd Mühafizə İdarəsinin rəisi Rodolfo Rankoni isə rəhbərlik etdiyi idarənin vəzifələri, qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində İtaliyada həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub, qurumlararası təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR