Bank Of Baku

AMEA Rəyasət Heyəti doktoranturaya qəbul imtahanlarının keçirilməsi ilə bağlı sərəncam imzalayıb

AMEA Rəyasət Heyəti doktoranturaya qəbul imtahanlarının keçirilməsi ilə bağlı sərəncam imzalayıb
# 11 oktyabr 2012 08:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti (RH) 2012-ci ildə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanlarının keçirilməsi ilə bağlı 224 saylı sərəncam imzalayıb. AMEA RH-nın elmi katibi Sərxan Abbasoğlunun APA-ya verdiyi məlumata görə, sərəncama əsasən, AMEA-nın elmi təşkilat və müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə qəbul imtahanlarının yüksək keyfiyyətlə təşkil edilməsi üçün imtahanların cədvəli müəyyən edilib. Cədvələ əsasən, doktoranturaya ixtisas fənlərindən qəbul imtahanları oktyabrın 15-16-17-də (Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu üzrə oktyabrın 18-də) keçiriləcək. Fəlsəfə fənnindən imtahanların oktyabrın 22-dən 31-dək keçirilməsi nəzərdə tutulub. Xarici dil fənnindən imtahanlar isə 1-14 noyabr tarixlərində keçiriləcək.

Sərəncamın digər bəndinə əsasən, doktoranturaya fəlsəfə və xarici dil fənləri üzrə qəbul komissiyalarının tərkibi təsdiq edilib. Fəlsəfə üzrə qəbul komissiyasının sədri Fəlsəfə, Sosiologiya və hüququ İnstitutunun direktoru İlham Məmmədzadə, ingilis dili fənni üzrə qəbul komissiyasının sədri isə AMEA-nın Xarici dil kafedrasının müdiri Səidə İbrahimova təsdiq edilib. Komissiya üzvləri isə fəlsəfə və xarici dil üzrə müvafiq qurumların əməkdaşları seçiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR