Bank Of Baku

İstanbulda “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu” mövzusunda Beynəlxalq Forum keçiriləcək

İstanbulda “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu” mövzusunda Beynəlxalq Forum keçiriləcək
# 11 oktyabr 2012 09:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyi tərəfindən oktyabrın 14-dən 16-dək İstanbul şəhərində “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Bu barədə APA-ya TürkPA-nın mətbuat xidmətindən məlumat verilib.

Konfransın keçirilməsində məqsəd şəxsi münasibətlər və dialoqun yaradılması məqsədilə müxtəlif ölkələrdən olan gənc liderləri bir araya toplamaq, fərqli mədəniyyət, dil və ənənələrə sahib olan region ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni, coğrafi dəyərləri həmrəylik içində irəliyə götürmək və bu məqsədlə gənclərin rolunu ortaya qoymaqdır.

Forumun keçirilməsinə Türkiyə Böyük Millət Məclisi, Türkiyə hökuməti adına Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Gənclər Fondu, Türk Dünyası Bələdiyyələr Birliyi və Xəzər Strateji İnstitutu dəstək verir.

Forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Avropa parlamentinin millətvəkilləri, Rusiya, Moldova, Gürcüstan, Ukrayna, Serbiya, Monteneqro, Makedoniya, Latviya, Litva, Xorvatiya, Macarıstan, Rumıniya, Bosniya və Herseqovina, Misir, Pakistan, İraq və Mərakeş daxil olmaqla 25 ölkədən millət vəkilləri, diplomatlar iştirak edəcək. Forumun açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin birinci vitse-spikeri Mehmet Sağlam, Türkiyə gənclər və idman naziri Suat Kılıç, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Qırğızıstan parlamentinin vitse-spikeri Torobay Zulpukarov və digər yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı və çıxışı planlaşdırılır.

Beynəlxalq Forumun sonunda gənc liderlər tərəfindən ənənəvi və parlament diplomatiyasının ortaq fəaliyyəti ilə regionda sülhün və sabitliyin təmin edilməsi, münaqişələrin dinc yolla həlli, regionun bir dostluq və qardaşlıq evi olmasının səsləndirilməsi və bu məqsədilə ortaq müraciətin qəbul olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR