Bank Of Baku

BMT baş katibi: “Yer üzərində qızlar hər gün ayrı-seçkilik, zorakılıqla üzləşirlər”

BMT baş katibi: “Yer üzərində qızlar hər gün ayrı-seçkilik, zorakılıqla üzləşirlər”
# 11 oktyabr 2012 09:37 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. “Yer üzərində qızlar hər gün ayrı-seçkilik, zorakılıq və sui-istifadə ilə üzləşirlər. Bu həyəcan doğuran gerçəklik qızlara daha çox səlahiyyətlərin verilməsinin və onların insan haqlarının təmin olunmasının vacibliyini vurğulamaq məqsədi daşıyan yeni qlobal Beynəlxalq Qız Övladı Gününə əsas yaradır”. BMT-nın Bakı ofisindən APA-ya verilən məlumata görə, bu barədə BMT baş katibi Pan Ki Mun Beynəlxalq Qız Övladı Günü münasibətilə müraciətində bildirib.

Baş katib vurğulayıb ki, qızlarla bağlı həyata keçirilən layihələrə sərmayə qoyulması mənəvi borcdur – fundamental ədalət və bərabərlik məsələsidir və həmçinin, Qadınlara Qarşı Bütün Növ Ayrı-Seçkiliyin Aradan Qaldırılması və Uşaq Hüquqları üzrə Konvensiyalara əsasən bir öhdəlikdir. Bu həm də Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqda, iqtisadi artımda tərəqqi, dinc və yekdil cəmiyyətlərin qurulması yolunda mühüm rol oynayır: “Bu gün, Birləşmiş Millətlər Təşkilatı diqqəti erkən nikah məsələsinə yönəldir. Dünyada iyirmi – iyirmi dörd yaş arası hər üç qadından biri – təxminən 70 milyon gənc qadın 18 yaşına çatmamış ailə qurub. Son 30 ildə azyaşlı gəlinlərin ümumi sayının azalmasına baxmayaraq, bu çətin vəziyyət xüsusən də kənd yerlərində və ən yoxsul şəraitdə yaşayan insanlar arasında hələ də davam etməkdədir. Erkən nikah qızları imkanlardan məhrum edir. Bu onların sağlamlığını təhlükəyə atır, zorakılıq və sui-istifadəyə imkan yaradır”.

Baş katib hökumətləri, icma və din xadimlərini, vətəndaş cəmiyyətini, özəl sektor və ailələri – xüsusən də kişi və oğlanları qızların hüquqlarını, aidiyyəti olan Konvensiyalar, Pekin Bəyannaməsi və Fəaliyyət Platforması, Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramı da daxil olmaqla müxtəlif vasitələrlə təbliğ etməyə çağırıb: “Gəlin bu ilki Beynəlxalq Qız Övladı Gününün mövzusu olan “mənim həyatım, mənim haqqım, erkən nikaha son” fikrini əsas tutaraq qızların gəlin deyil, qız olması uğrunda əlimizdən gələni əsirgəməyək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR