Bank Of Baku

DSX şöbə rəisi: “Sənədləri qaydasında olan balıqçılar üçün dənizdə heç bir maneə yoxdur” - FOTO

DSX şöbə rəisi: “Sənədləri qaydasında olan balıqçılar üçün dənizdə heç bir maneə yoxdur” - <font color=red>FOTO</font>
# 11 oktyabr 2012 11:38 (UTC +04:00)
APA-nın Cənub bürosunun məlumatına görə, bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun rayonun Balıqçılar qəsəbəsində keçirdiyi növbəti səyyar qəbul-görüşü zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) əməliyyat-axtarış şöbəsinin rəisi, sərhəd xidməti polkovniki Hacıəli Hacıəliyev yerli sakinlərin müraciətinə cavab olaraq bildirib. Görüşdə yerli sahibkar Vladimir Hacıxanov sərhədçilərlə balıqçılar arasında əlaqələrin qaydasına salınması təklifini səsləndirib. Qəsəbə sakini Məhəmməd Ağayev isə balıqçılıqla məşğul olan fiziki şəxslərin texniki baxışdan keçməsi və talon almaları üçün Bakıya gediş-gəlişin onlar üçün maneə yaratdığını söyləyərək, problemin aradan qaldırılmasını xahiş edib. DSX-nin şöbə rəisi H.Hacıəliyev çıxışında balıqçılar tərəfindən qaldırılan məsələlərin Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüləcəyini və mövcud problemlərin aradan qaldırılacağını söyləyərək bildirib ki, sənədləri qaydasında olan balıqçılar üçün dənizdə heç bir maneə yoxdur. Onun sözlərinə görə, balıq ovu ilə əlaqədar ümumi qaydalar respublika Nazirlər Kabineti tərəfindən təsdiq olunub və bütün balıqçılar bu qaydalara ciddi riayət etməyə borcludur. Dənizə nəzarətsiz giriş-çıxış bir qayda olaraq qadağandır.

H.Hacıəliyev daha sonra sərhədçilərlə balıqçılar arasında heç bir qarşıdurmanın olmadığını xüsusi vurğulayıb.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov da öz növbəsində Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara balıqçılar tərəfindən riayət edilməsinin vacibliyini qeyd edib. İcra başçısının fikrincə, qəsəbədə yaşayan əhalinin əsas məşğuliyyətinin balıqçılıq olduğunu nəzərə alaraq sərhədçilərlə balıqçılar arasında qarşılıqlı anlaşma olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR