Azərbaycan Nazirlər Kabineti “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”nda dəyişiklər edib
11 oktyabr 2012 11:59 (UTC +04:00)
NK-dan APA-ya verilən məlumata görə, dəyişikliyə əsasən, tələbələrin biliyinin attestasiya qaydaları, o cümlədən yekun attestasiyanın aparılması qaydaları Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Pedaqoji prosesin təşkili, tədris planlarının hazırlanması və təsdiqi orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. Fənn proqramları və metodiki təminatla bağlı tövsiyələr Təhsil Nazirliyi, təlimin nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması qaydaları NK tərəfindən müəyyənləşdirilir. Orta ixtisas təhsilinin ayrı-ayrı proqramları nümunəvi tədris planı, işçi tədris planı, istehsalat təcrübəsinin keçirilməsinə, buraxılış işlərinin yerinə yetirilməsinə, tələbələrin yekun dövlət attestasiyasına dair metodik göstərişlər, fənn proqramları, fənlər üzrə işçi-tədris proqramları, dərsliklər, əyani vasitələr, təklif olunan ədəbiyyatın siyahısı, nəzəri və praktiki məşğələlərin planı, kurs işlərinin, istehsalat təcrübələrinin yerinə yetirilməsinə dair tövsiyələr, tələbələrin biliyinin qiymətləndirilməsi üçün tədris-metodiki materiallar, fənnə aid proqram və multimedia vasitələri kimi tədris-metodiki sənədlər əsasında həyata keçirilir.
Sosial
Kürdə daşqınlar Tovuzda fəsadlara səbəb olub
16:49
27 may 2024
“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirilib
14:53
27 may 2024
Ceyhun Məmmədov: İnklüziv təhsillə bağlı prosesdə ləngimələr var
14:26
27 may 2024
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu - CƏDVƏLİ
14:21
27 may 2024