Bank Of Baku

Cəlilabadda e.ə IV minilliyin ikinci yarısına aid metaləritmə mərkəzi aşkar edilib

Cəlilabadda e.ə IV minilliyin ikinci yarısına aid metaləritmə mərkəzi aşkar edilib
# 11 oktyabr 2012 13:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu tərəfindən Cəlilabad rayonunun Alxantəpə yaşayış məntəqəsində aparılan arxeoloji qazıntılar zamanı e. ə. IV minilliyin ikinci yarısına aid metaləritmə mərkəzi aşkar edilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Üçtəpə kəndinin ərazisində yerləşən abidə 4 hektar sahəni əhatə edir. 200 metr ərazidə aparılan qazıntılar zamanı aşkar olunmuş abidə buranın Cənubi Qafqazda ilk metaləritmə mərkəzi olduğunu söyləməyə əsas verir.

Qeyd edək ki, Alxantəpə abidəsində tapılan 12 qəbrin müayinəsi yaxın günlərdə rayona gələcək fransalı mütəxəssislər tərəfindən aparılacaq. Müayinə nəticəsində ərazidə yaşayan qədim insanların fiziki tiplərini, quruluşlarını və əlaqə saxladıqları yerləri müəyyənləşdirmək mümkün olacaq.

Ərazidə 2008-ci ildən bu günə kimi bir neçə dəfə arxeoloji qazıntılar aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR