Bank Of Baku

YAP Gənclər Birliyi qanvermə aksiyası təşkil edib

YAP Gənclər Birliyi qanvermə aksiyası təşkil edib
# 11 oktyabr 2012 13:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qanvermə aksiyası təşkil edib. APA-nın məlumatına görə, aksiya "Yaşatmağa tələs, dost!!!" şüarı altında Mərkəzi Qan Bankında keçirilib. Qanvermə aksiyasına partiyanın gənclər təşkilatının üzvləri ilə yanaşı, funksionerləri də qatılıb.

YAP icra katibinin müavini Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki, aksiyada partiyadan olan deputatlar da iştirak edir. Bununla yanaşı, kampaniyada təkcə YAP üzvləri deyil, hər bir vətəndaş iştirak edə bilər. Qanvermə aksiyasının davamlı xarakter daşıdığını xatırladan M. Qurbanlı bildirib ki, belə tədbirlər partiya tərəfindən bir neçə dəfə təkrar olunacaq: “Aksiyada partiya üzvü olan minlərlə gənc iştirak edəcək”.

Aksiyada iştirak edən partiya üzvlərinin dəqiq sayı kampaniya yekunlaşdıqdan sonra açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR