Bank Of Baku

Milli Məclisdə-də Avropa Şurasının uşaq zorakılığı ilə mübarizə proqramı çərçivəsində dəyirmi masa keçirilib

Milli Məclisdə-də Avropa Şurasının uşaq zorakılığı ilə mübarizə proqramı çərçivəsində dəyirmi masa keçirilib
# 11 oktyabr 2012 14:19 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Milli Məclisdə (MM) Avropa Şurasının uşaq zorakılığı ilə mübarizə proqramı çərçivəsində dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, proqramın Azərbaycan üzrə koordinatoru, deputat Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda bu proqramın həyata keçirilən ötən dövr ərzində preventiv maarifləndirici işlər görülüb, bir sıra tədbirlər keçirilib. Proqram çərçivəsində hansısa bir insident baş verərkən uşaqların psixikasını zədələmədən onların necə dindirilməsi ilə bağlı polis əməkdaşları ilə müzakirələr keçirilib, onlara tövsiyələr verilib. Həmçinin məktəb psixoloqları ilə görüşlər keçirilib, uşaq zorakılığı ilə mübarizə ilə bağlı məsələlər qaldırılıb. S. Fətəliyeva qeyd edib ki, Azərbaycan dövlətinin uşaqlara xüsusi qayğısı var. Onun sözlərinə görə, Azərbaycanda uşaqların hüquqlarının qorunması ilə bağlı bir sıra proqramlarda aktiv iştirak edir, BMT-nin uşaqlarla bağlı müvafiq konvensiyasına qoşulub.

Tədbirdə iştirak edən Almaniyanın Psixologiya Mərkəzinin əməkdaşı Qalina Heinzelman bildirib ki, Azərbaycanın öz ailə institutu modeli var və burda Avropadan fərqli yanaşma olmalıdır: “Bizim istəyimiz uşaqlara qarşı zorakılığın qarşısının alınmasıdır və buna qanunlarla deyil, maarifləndirmə ilə nail olmaq olar”.

Görüşdə iştirak edən və uşaq hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən bir neçə QHT rəhbərləri uşaq zorakılığı ilə mübarizə sahəsində həyata keçirdikləri layihələr barədə məlumat veriblər.

Tədbirdə Azərbaycanda proqram çərçivəsində çəkilən sosial klipin təqdimatı da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR