Bank Of Baku

"Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi İstanbulda təşkil olunan sərgidə iştirak edib

"Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi İstanbulda təşkil olunan sərgidə iştirak edib
# 11 oktyabr 2012 14:22 (UTC +04:00)
Bakı – APA. Azərbaycan "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi Türkiyənin İstanbul şəhərində təşkil olunan 14-cü MÜSİAD sərgisində iştirak edib. Birlikdən APA-ya verilən məlumata görə, 1993-cü ildən etibarən təşkil olunan MÜSİAD sərgisində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və iqtisadiyyat naziri Zəfər Çağlayan da daxil olmaqla 86 ölkədən 5000-dən çox iş adamı və təşkilat nümayəndələri iştirak edib.

Sərginin açılış mərasimindən sonra MÜSİAD-ın prezidenti Nail Olpakla Azərbaycan "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin İdarə Heyətinin sədri Xaliq İldırımzadə və sədr müavini İlham Nağıyev arasında görüş keçirilib. Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi, ictimai birliyə daxil olan biznes strukturlarının gələcək sərgilərdə daha geniş iştirakının təmin edilməsi və birgə fəaliyyət planın işlənilməsi haqqında müzakirələr aparılıb. Fəaliyyətə başladığı gündən bu günə qədər 1 200 000 insanın ziyarət etdiyi sərgi 14 oktyabr tarixinə qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR