Bank Of Baku

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
# 11 oktyabr 2012 16:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vakant ştat vahidləri əsasən nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrindədir.

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən qulluğa qəbulla bağlı tələb və şərtlərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları göstərilən ədliyyə sahələrində çalışmaq üçün müsabiqəyə dəvət olunur.

Xatırladırıq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən və ya nazirliyin aparatından götürmək olar. Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Müsabiqədə iştirak etmək üçün ərizələr 2012-ci ilin oktyabr ayının 15-dən etibarən qəbul olunur.

Nazirliyin penitensiar və tibb xidmətlərinə, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu aidiyyəti baş idarələrdə fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR