Bank Of Baku

Xəzərin sahil zolağında, çimərliklərdə keçirilmiş monitorinqin nəticələri açıqlanıb

Xəzərin sahil zolağında, çimərliklərdə keçirilmiş monitorinqin nəticələri açıqlanıb
# 12 oktyabr 2012 08:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) bu ilin 9 ayı ərzində Xəzər dənizinin Azərbaycan sektorunun sahil zolağında (şimaldan-cənubadək), çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə 1019 ekoloji monitorinq keçirib. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, monitorinqlər zamanı 2793 su, 3 qazma məhlulu, 6 şlam nümunəsi götürülüb, onlar üzərində 11719 analitik, 11832 bioloji və ekotoksikoloji, 7780 mikrobioloji olmaqla, ümumilikdə 31331 tədqiqat aparılıb. Eyni zamanda, ayrı-ayrı təşkilatlara məxsus bioloji və dezinfeksiyaedici qurğuların vəziyyəti də araşdırılıb, onlar üzərində ekoloji nəzarət təmin olunub.

Monitorinqlərdə Xəzər dənizi ilə əlaqəsi olan 256 axar qeydə alınıb və onlardan götürülmüş nümunələr üzərində təhlillər aparılıb. 9 ay ərzində Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə rayonlarda quraşdırılmış sutəmizləyici qurğulardan su nümunələri götürülüb, onlar üzərində analitik və mikrobioloji təhlillər aparılıb.

Mövsümlə əlaqədar Abşeron yarımadasının sahil zolağı boyu çimərlik ərazilərində razılaşdırılmış cədvəl əsasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə monitorinqlər keçirilib. Aparılmış laborator analizlərə əsasən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılmış ərazilərdə mikrobioloji baxımdan dənizdə bağırsaq çöpü bakteriyalarının miqdarının norma daxilində olduğu müəyyən edilib. Çimərlik ərazilərində keçirilmiş birgə monitorinqlərin nəticələrinə görə Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil və Sumqayıt çimərlikləri istisna olmaqla digər çimərlik ərazilər istifadəyə yararlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR