Bank Of Baku

Azərbaycan ərazisində əsən şimal küləyi mülayimləşəcək

Azərbaycan ərazisində əsən şimal küləyi mülayimləşəcək
# 12 oktyabr 2012 09:39 (UTC +04:00)
Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 15-18, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 12-dən 13-nə keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

İstirahət günlərində hava şəraiti dəyişkən buludlu olacaq. Güclü şimal küləyinin 13-ü axşama doğru mülayimləşəcəyi, 14-də isə zəif və mülayim cənub küləyi ilə əvəz olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR