Bank Of Baku

Azərbaycanda yeni sahə inzibati ərazi dairələrinin yaradılacağı yerlər müəyyənləşib - SİYAHI

Azərbaycanda yeni sahə inzibati ərazi dairələrinin yaradılacağı yerlər müəyyənləşib - <font color=red>SİYAHI</font>
# 12 oktyabr 2012 09:42 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda yeni sahə inzibati ərazi dairələrinin yaradılması ilə bağlı qanunvericiliyə dəyişiklər müzakirə olunub.

Dəyişikliklər barədə komitə sədri Arif Rəhimzadə məlumat verib. “Azərbaycanın bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” adlı qanun layihəsində bir sıra rayonlarda sahə inzibati ərazi dairələrinin yaradılması öz əksini tapıb. A.Rəhimzadə bildirib ki, ümumilikdə 40 sahə inzibati ərazi dairəsi yaradılacaq.

Qanun layihəsinə görə, yeni sahə inzibati ərazi dairələri Bakı şəhərinin Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Nizami, Səbail və Yasamal, Gəncə şəhərinin Kəpəz və Nizami, həmçinin Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərində yaradılacaq. Komitə sədri bildirib ki, sahə inzibati ərazi dairələri idarəetməni, icra hakimiyyəti orqanlarının əhaliyə daha yaxın olması məqsədi güdür. “Əvvəl vətəndaşa bir arayış almaq üçün icra hakimiyyətinə getmək lazım idisə, indi bu həmin sahə inzibati ərazi dairələrində həyata keçiriləcək”.

Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR