Bank Of Baku

Azərbaycanda yeni bələdiyyələr yaradıla bilər

Azərbaycanda yeni bələdiyyələr yaradıla bilər
# 12 oktyabr 2012 09:48 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu məsələ Milli Məclisin Regional məsələlər Komitəsinin iclasında “Bəzi şəhər və rayonların inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilərkən məlumat verilib.

Komitə sədrinin müavini Fəttah Heydərov bildirib ki, yeni bələdiyyələr yeni yaradılacaq sahə inzibati dairələrində də yaradılmalıdır.

Komitə sədri Arif Rəhimzadə onun təklifini dəstəkləyib. A. Rəhimzadə əlavə edib ki, sahə inzibati ərazi dairələrində yeni bələdiyyələrin yaradılması qanunvericiliklə mümkündür: “Əgər əhali tərəfindən belə bir təşəbbüs olarsa, bu məsələ müsbət həllini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR