Bank Of Baku

Azərbaycanda seysmoloji xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş konfransın iştirakçıları Şamaxıya səfər ediblər

Azərbaycanda seysmoloji xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş konfransın iştirakçıları Şamaxıya səfər ediblər
# 12 oktyabr 2012 11:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda seysmoloji xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda Bakıda keçirilən V Beynəlxalq konfransın iştirakçıları Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Seysmotelemetrik monitorinq mərkəzi ilə tanış olublar. RSXM-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tanışlıq zamanı qonaqlara ölkənin ayrı-ayrı rayonlarında yerləşən seysmik stansiyalardan gələn məlumatların toplanılması və emalı ilə bağlı ətraflı məlumat verilib. Konfrans iştirakçıları həmçinin Şamaxı rayonuna da səfər ediblər. Qonaqlar 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələ zamanı dağılan və sonradan bərpa edilmiş Cümə məscidi və zəlzələnin episentrinə düşən əraziyə baş çəkiblər. Səfər çərçivəsində qonaqlara N. Tusi adına Şamaxı Rəsədxanası və orada aparılan işlər barəsində də məlumat verilib.

Qonaqları Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov, AMEA Geologiya İnstitutunun direktor müavini İbrahim Quliyev, RSXM-nın Baş direktoru Qurban Yetirmişli müşayiət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR