Bank Of Baku

Azərbaycanda orta məktəb dərsliklərinin monitorinqi qaydaları hazırlanır

Azərbaycanda orta məktəb dərsliklərinin monitorinqi qaydaları hazırlanır
# 12 oktyabr 2012 14:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən orta məktəb dərsliklərinin monitorinqi qaydaları hazırlanır. Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, TQDK-da ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi tərəfindən “Orta məktəb dərsliklərinin monitorinqi qaydaları” və “Ekspert Şuralarının formalaşması ilə bağlı əsasnamə” hazırlanır: “Hələlik bu sənədlər hazırlıq mərhələsindədir. Sənədfər təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.

E.Nağızadə deyib ki, ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin nəzdində fəaliyyət göstərəcək iki sektordan birinə artıq sektor müdiri təyin olunub. Həmin şöbəyə əmək müqaviləsi ilə 4 nəfər əməkdaş cəlb olunub. Həmin işçilərin yerinə Dövlət Qulluğu Məsələləri üzrə komissiya tərəfindən müsabiqə elan edilib. Şöbədə ekspert şuraları formalaşana qədər dərsliklərin monitorinq qrupunun 3 istiqamət üzrə formalaşması prosesi aparılacaq: “Komissiyanın nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarlarda iştirak edən müəllimlər birinci istiqamətə daxil olacaqlar. Onların arasında orta məktəbi yaxşı bilən ali məktəb müəllimləri və AMEA-nın üzvləri də var. Digər bir istiqamət üzrə regionlardan olan və TQDK ilə əməkdaşlıq edən test tərtibçiləri, təhsildə fərqlənən orta məktəb müəllimləri iştirak edəcəklər. Bundan əlavə, dərsliklər və tədris vəsaitləri ilə bağlı irad və təklifləri bildirmək üçün ayrıca elektron poçt yaradılıb. Oraya çoxsaylı təkliflər, rəylər daxil olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR