AMEA-nın Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib
12 oktyabr 2012 15:25 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib. İnstitutdan APA-ya verilən məlumata görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada xarici ölkələrin arxivlərindən Azərbaycan tarixinə dair sənədlərin ölkəmizə gətirilməsi və sənədlərin toplu şəklində nəşr olunması işinin gedişi ilə bağlı məsələlər müzakirə olunub. İclasda qeyd olunub ki, xüsusilə ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinə aid sənədlərin ölkəyə gətirilməsinə və toplu şəklində nəşr olunmasına diqqət daha da artırılsın. Elmi Şurada indiyədək nəşr olunmuş sənəd topluları bir daha nəzərdən keçirilib. Şurada qərara alınıb ki, bu problemlə bağlı digər sənədlərin ölkəyə gətirilməsi üçün institutun bir qrup əməkdaşının Rusiya, Fransa, Almaniya və Gürcüstan arxivlərinə ezam edilməsi məqsədəuyğun hesab olunsun və bununla əlaqədar müvafiq instansiyalar qarşısında məsələ qaldırılsın.
Sosial
Sığorta bazarının aktivləri 1,8 mlrd. manatı ötüb
12:48
18 may 2024
Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb
11:57
18 may 2024
FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirilib - FOTO
11:27
18 may 2024
Şahdağa 5, Qaxa 2 santimetr qar yağıb - Faktiki hava
11:02
18 may 2024