Bank Of Baku

BDU və Kalmık Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

BDU və Kalmık Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
# 13 oktyabr 2012 10:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Rusyanın Kalmık Dövlət Universiteti ilə Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

APA-nın xəbərinə görə, müqaviləni BDU-nun rektoru Abel Məhərrəmov və Kalmık Dövlət Universitetinin rektoru Badma Salayev imzalayıblar.

Mərasimdə çıxış edən A.Məhərrəmov bildirib ki, əməkdaşlıq müqaviləsi tələbə, doktorant və tədqiqatçıların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, birgə simpozium, seminar və konfransların təşkilini nəzərdə tutur.

Hazırda Kalmıkiyada xeyli sayda azərbaycanlının yaşadığını deyən B.Salayev qeyd edib ki, bu il Kalmık Dövlət Universitetinin magistraturasına da azərbaycanlılar daxil olub. Universitetin dil mərkəzində müxtəlif dünya dilləri ilə yanaşı, türk dili də öyrənilir. A.Məhərrəmov isə B.Salayevə Kalmık Dövlət Universitetində “Türk dili və Azərbaycan dili” kafedrası yaratmağı təklif edib.

Mərasimdən sonra qonaq universitetin tədris və elim-tədqiqat laboratoriyaları, Heydər Əliyev Muzeyi, Elektron Tədris Mərkəzində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR