Bank Of Baku

Son 5 ildə Azərbaycanın dövlət büdcəsində elm xərcləri 55,2 faiz artıb

Son 5 ildə Azərbaycanın dövlət büdcəsində elm xərcləri 55,2 faiz artıb
# 15 oktyabr 2012 08:28 (UTC +04:00)
Bu, ötən illə müqayisədə 5,7 milyon manat, yaxud 4,6 faiz çoxdur.

APA-nın məlumatına görə, həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşməsinə yönəldiləcək. 2013-cü ildə elm xərclərində əmək haqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşdirilməsi ilə bağlı 3,8 milyon manat, elmi tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmiri üçün 3 milyon manat, elmi tədqiqat müəssisələrinin maddi-texniki təminatının yaxşılaşdırılması üçün 3 milyon manat vəsait nəzərdə tutulub.

Son 5 ildə Azərbaycanın dövlət büdcəsinin cari xərclərində elm xərcləri 45,9 milyon manat, yəni 55,2 faiz artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR