Bank Of Baku

“FİM Bank” və digər şirkətin iddiasına qarşı Azərbaycanı müdafiə edən şirkətlərə 1,3 milyon manat vəsait ayrılıb

“FİM Bank” və digər şirkətin iddiasına qarşı Azərbaycanı müdafiə edən şirkətlərə 1,3 milyon manat vəsait ayrılıb
# 15 oktyabr 2012 09:06 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, Azərbaycan Respublikasının 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsinə 1 milyon 320 min manat məbləğində vəsait ayrılıb.

Vəsait Maltanın “First İnternational Merchant Bank”ının (FİM Bank) Azərbaycan dövlətinə qarşı pul tələbinə dair iddiası ilə əlaqədar Niderlandın Haaqa Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayəti ilə bağlı Azərbaycan tərəfinin mənafeyini təmsil edən “Eversheds Faasen” hüquq şirkətinə, həmçinin Azərbaycan-ABŞ İkitərəfli İnvestisiya Sazişi əsasında Bakı Dünya Ticarət Mərkəzinin tikintisi üçün investisiya qoyulduğu iddia edilən Beynəlxalq arbitraj proseduru üzrə Azərbaycan tərəfini təmsil etmək üçün “Allen & Overy LLP” və “Quinn Emanuel Urquhart & Sullivan UK LLP” hüquq şirkətlərinə ödəniləcək.

Qərar Əmlak Məsələləri Dövlət Komitəsinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR