Bank Of Baku

Kürün səviyyəsində artım qeydə alınıb

Kürün səviyyəsində artım qeydə alınıb
# 15 oktyabr 2012 11:24 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 santimetr artım qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda məntəqədə su sərfi 165 kubmetr /saniyə, ongünlük normanın 98 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 41 kubmetr / saniyə olmaqla, ongünlük normanın 38 faizini təşkil edir. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-135, Kiçik Qafqazın çaylarında 55-75, Lənkəran-Astara bölgəsi çaylarında 10-50, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.

Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Çayının Surra məntəqəsində 4, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr artım, Bankədə 6 santimetr azalma, Şirvanda və Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 309, Şirvanda 168, Salyanda 160, Bankədə 201, Araz çayının Novruzlu məntəqəsində isə 107 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR