Bank Of Baku

Azərbaycanda yaşa görə pensiyaların orta məbləği 168 manatdır

Azərbaycanda yaşa görə pensiyaların orta məbləği 168 manatdır
# 15 oktyabr 2012 13:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İlkin məlumatlara görə, Azərbaycanda 2012-ci ilin oktyabrın 1-nə əmək pensiyalarının orta aylıq məbləği 151,3 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manata çatıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40%, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti isə 45% təşkil edir.

Yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat, 2010-cu il sentyabrın 1-dən 85 manat məbləğində müəyyən edilməsi ilə bütün əmək pensiyaçılarının pensiyalarına eyni vaxtda artımlar tətbiq olunub.

Göstərilənlərlə yanaşı, əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq 2007-ci il yanvarın 1-dən 8,3%-lik, 2008-ci il yanvarın 1-dən 16,7%-lik, 2009-cu il yanvarın 1-dən 20,8%-lik, 2010-cu il yanvarın 1-dən 1,5%-lik, 2011-ci il yanvarın 1-dən 5,7%-lik, 2012-ci il yanvarın 1-dən 7,9%-lik artım tətbiq edilib.

Ölkə üzrə pensiyaların orta aylıq məbləği 2006-cı ilin yanvarına 28,5 manat olduğu halda 2007-ci ilin yanvarına 41,1 manat, 2008-ci il yanvarına 62,9 manat, 2009-cu ilin yanvarına 95,8 manat, 2010-cu ilin yanvarına 100,4 manat, 2011-ci ilin yanvarına 112,9 manat, 2012-ci ilin yanvarına 145,1 manat təşkil edib, hazırda isə 151,3 manata çatıb.

Ötən il həyata keçirilmiş islahat tədbirləri çərçivəsində pensiyaların iş stajları əsasında yenidən hesablanması ilə 900 minə yaxın pensiyaçının pensiyası iyulun 1-dən orta hesabla 40% artırılıb. İslahat nəticəsində bu tarixədək 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52% artıb, 8 550 nəfərin pensiyası 100%-dən çox, 61 147 nəfərinki 80%-dən 100%-ə qədər, 262 145 nəfərinki isə 50%-dən 80%-ə qədər artıb. Bundan başqa, müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR