Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb
# 16 oktyabr 2012 07:53 (UTC +04:00)
Balakən-Şəki. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. Bölgə sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, bu gün saat 09:00 radələrində respublikanın şimal-qərb bölgəsinin rayonlarına (Şəki, Qax, Zaqatala və Balakən) təbii qazın verilməsi dayanıb. Zaqatala Qaz İstismarı Sahəsində (QİS) APA-ya bölgəyə təbii qazın verilməsinin dayandırılması faktını təsdiqləyiblər. Təbii qazın verilməsində yaranan fasiləyə səbəb Yevlax-Balakən magistral qaz kəmərinin 36 və 59-cu kilometrliyində qaz sızmalarının aşkar edilməsi göstərilir. Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin işçiləri təmir işlərinə başlayıb. Təmir işləri sona çatdıqdan sonra bölgəyə təbii qazın verilməsi bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR