Azərbaycanda bu ilin sonunda müəlliflik hüququ obyektlərinə nəzarət markalarının yapışdırılmasına başlanacaq
16 oktyabr 2012 08:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda bu ilin sonunda müəlliflik hüququ obyektlərinə nəzarət markalarının yapışdırılmasına başlanacaq. Bunu APA-ya Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayat Həsənli deyib. Onun sözlərinə görə, artıq “Əqli mülkiyyət hüquqularının təminatı və piratçılıq haqqında”qanun qüvvəyə minib. Qanunun tam tətbiqi üçün müəlliflik hüququ obyektlərinə nəzarət markalarının verilməsi ilə bağlı qaydalar təsdiq olunmalıdır. Hazırda bu qərar layihəsi müvafiq qurumlarda müzakirə olunur və yaxın vaxtlarda layihənin yekun variantı Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Layihə tam təsdiq edildikdən sonra kitablara, fonoqramlara, kompüter proqramlarının nüsxələrinin yazıldığı maddi daşıyıcılara və məlumat toplularının nüsxələrinə yapışdırmaq üçün nəzarət markalarının verilməsinə başlanacaq: “Artıq nəzarət markalarının hazırlanması və çapı üçün Agentlik tərəfindən texniki və təşkilati tədbirlər həyata keçirilib. Əvvəl buraxılan nəşrlər üçün keçid markalarının (tranzit markaları) tətbiq olunması və onların pulsuz verilməsi nəzərdə tutulur. Hələlik bu məsələ hökumətdə müzakirə olunur. Yekun qərar verildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.
Sosial
2023-cü ildə 0-17 yaş aralığında 190 nəfər şəxsdə talassemiya xəstəliyi aşkar edilib
15:56
19 may 2024
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
15:50
19 may 2024
Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib - FOTO - YENİLƏNİB
13:36
19 may 2024
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
12:43
19 may 2024