Bank Of Baku

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası beynəlxalq konfransda iştirak edib

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası beynəlxalq konfransda iştirak edib
# 16 oktyabr 2012 08:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Şurası Parlament Assambleyası və Avropa Gənclər Mərkəzi tərəfindən təşkil edilən beynəlxalq konfransda iştirak edib.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Gənclik Assambleyası 2012” Beynəlxalq Konfransında müxtəlif ölkələri təmsil edən 170-ə yaxın gənc iştirak edib.

İştirakçılar iki gün müddətində qruplar şəklində “Demokratiya və yeni sosial media”, “Demokratiya və miqrasiya”, “Demokratiya və gənclərin iştirakı”, “Demokratiya və vətəndaş təhsili” mövzularında müzakirə və fikir mübadiləsi aparıblar. Həmçinin şuranın nümayəndəsi Avropa Şurası Parlament Assambleyasının prezidenti Jean-Claude Mignonla görüşdə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR