Bank Of Baku

Azərbaycan paytaxtında qısamüddətli yağış yağacaq

Azərbaycan paytaxtında qısamüddətli yağış yağacaq
# 16 oktyabr 2012 09:32 (UTC +04:00)
Ayın 18-də səhər yarımadanın bəzi yerlərində qısamüddətli, az yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, şimal-qərb, cənub-şərq küləkləri əsəcək. Havanın temperaturu gündüz 23-27, gecə saatlarında isə 14-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 17-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gecəyə doğru bəzi rayonlarda qısamüddətli yağış yağacağı ehtimal edilir. Oktyabrın 18 və 19-da da əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Havanın temperaturu Aran rayonlarında 23-28, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR